Azərbaycanda çıxış edən futbolçu Litvanın ən yaxşısı seçildi
15 noyabr 2013 12:37 (UTC +04:00)

Azərbaycanda çıxış edən futbolçu Litvanın ən yaxşısı seçildi

“Bakı” klubunun hücumçusu Mindauqas Kalonas Litvada ilin ən yaxşı futbolçusu sayılıb. Lent.az-ın məlumatına görə, Litva Futbol Federasiyasının (LFF) azarkeşlər, jurnalistlər, məşqçilər, federasiya nümayəndələri arasında keçirilmiş sorğuda 29 yaşlı forvard Türkiyə “Qaziantepspor”unun qapıçısı Jidrunas Karçemarskasın 2 illik hegemonluğuna son qoyub.

 

Üst-üstə 1912 bal yığan Kalonas ən yaxın izləyicisi, İngiltərə “Lids”inin mərkəz müdafiəçisi Marius Jalyukası 403 bal geridə qoyub. Karçemarskas isə bu dəfə 1184 xalla 3-cü olub.

 

Qeyd edək ki, Mindauqas Kalonas Azərbaycanda bu ilin yanvarından çıxış etməyə başlayıb. O, əvvəlcə “Rəvan”la müqavilə bağlayıb və Topaz Premyer Liqasında 13 oyuna 8 qol vurub. 2013-2014-cü il mövsümündən isə o, “Bakı”nın şərəfini qoruyur. Hazırda Kalonas 13 oyundan 5 qolla bombardirlər siyahısında 2 – 7-ci yerləri bölüşür.

 

 

 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar