Zədəli olduğu üçün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən 2 futbolçu - Hacı Əhmədov (“Qarabağ”) və Orxan Sadıqlı (“Xəzər Lənkəran”) çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhərindəki “Gradski” stadionunda 21 yaşadək futbolçulardan ibarət Bolqarıstan və Azərbaycan yığması arasında yoldaşlıq oyunu keçiriləcək.