Azərbaycan milli komandası Estoniya və Qırğızıstan yığmaları ilə keçirəcəyi yoldaşlıq görüşlərinə 2 futbolçu itkisi ilə çıxacaq. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, kapitan Rəşad Sadıqov ("Qarabağ") və yarımmüdafiəçi Əfran İsmayılov ("Bakı") zədəli olduqlarından, yığmamızın təlim-məşq toplanışına qatılmayacaq.
Qeyd edək ki, millimiz noyabrın 15-də Estoniyanın, noyabrın 19-da Qırğızıstanın qonağı olacaq.