Azərbaycan və Rusiya yığmaları üz-üzə - Heyətlər
14 oktyabr 2013 17:20 (UTC +04:00)

Azərbaycan və Rusiya yığmaları üz-üzə - Heyətlər

Oktyabrın 15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan və Rusiyanın veteranlar futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 13:00-da başlayacaq qarşılaşmanın baş hakimi beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov olacaq.

 

Ona Kərim Ağayev və Sabir Hacıyev kömək edəcək.

 

Azərbaycan yığmasının baş məşqçisi Ağasəlim Mircavadov oyuna Elxan Həsənov, Cəmaləddin Əliyev, Şakir Qəribov, Norvruz Əzimov, Nadir Əliyev, Tərlan Əhmədov, Mehman Yunusov, Ədahim Niftəliyev, Oqtay Abdullayev, Yaşar Hüseynov, İlqar Hüseynov, Mahmud Qurbanov, Vidadi Rzayev, Mübariz Orucov, Aqil Məmmədov, Yunis Hüseynov, Şahin Diniyev, Elçin Xudadatov, Samir Ələkbərov, Vəli Qasımov, Mehman Allahverdiyev, Musa Qurbanov, Maşallah Əhmədov, Paşa Əliyev, Nazim Əliyev və Müşfiq Hüseynovu dəvət edib.

 

Rusiya yığmasında isə Andrey Polyakov, Dmitri Kuznetsov, Albert Askolkov, Erik Yaximoviç, Yevgeni Lovçev, Vyaçeslav Dayev, Valeri Şmarov, Aleksandr Şmarko, Vladimir Maminov, Vladimir Kulik, Denis Maşkarin, Oleq Kornauxov, Yuri Tatarkin və Pyotr Barkalov yer alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1552
avatar

Oxşar yazılar