Naxçıvan şəhər stadionunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçirilən Azərbaycan Superkuboku uğrunda matçda qeyri-adi olay baş verib. Lent.az-ın oyunu stadiondan izləyən əməkdaşının verdiyi məlumata görə, 17-ci dəqiqədə baş hakim Rəhim Həsənov “Neftçi”nin qapısına təyin etdiyi penaltini tezliklə ləğv edib.
O, əvvəlcə flaqmanın oyunçusu Karlos Kardosoya Lənkəran komandasının hücumçusu Ağabala Ramazanova qarşı kobudluq səbəbindən sarı vərəqə göstərib. Amma qapı arxasındakı əlavə köməkçi hakimin işarəsindən sonra Həsənov qərarını dəyişdirib.
Baş hakimin bu addımı oyunu izləyən “Xəzər Lənkəran” rəsmilərinin etirazları ilə qarşılanıb. Klub prezidenti Mais Mənsimov narazı halda yaxın sıralarda oturan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə baxıb. Musayev isə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu işarə verib.
Daha sonra “Xəzər Lənkəran” rəsmiləri başda Mənsimov olmaqla, oturduqları yeri tərk edərək, oyunu ayaq üstə izləməyə davam ediblər.
Qeyd edək ki, mübahisəli epizoddan 10 dəqiqə sonra Etame Mbilla qol vuraraq, “Xəzər Lənkəran”ı hesabda irəli çıxarıb.
Azərbaycan Superkubokunda qeyri-adi olay
1741