Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu "Xəzər Lənkəran"da çıxış edir. Lent.az-ın fanat.az-a istinadən verdiyi məlumata görə, cənub klubunun kamerunlu üzvü Mbilla Etame çempionatımızın ən dəyərli futbolçusudur.
"Transfermarkt"ın hesablamalarına görə, onun 1.5 milyon avro dəyəri var. Etameni "Qarabağ"dan Riçard Almeyda izləyir. Braziliyalıya 1.3 milyon avro qiymət qoyulub. İlk üçlüyü ağdamlıların digər braziliyalısı Çumbinyo izləyir - 1.25 milyon avro. Premyer Liqada dəyəri 700 min avrodan artıq olan 16 futbolçu var. Amma onların arasında 1 nəfər də olsun yerli oyunçu yoxdur:
Mbilla Etame (“Xəzər Lənkəran”) - 1.500.000
Riçard Almeyda (“Qarabağ”) - 1.300.000
Çumbinyo (“Qarabağ”) - 1.250.000
Ernest Nfor (“Neftçi”) - 1.200.000
Edu Oriol (“Xəzər Lənkəran”) - 1.000.000
Daniel Subotiç (“Qəbələ”) - 900.000
Melvin Platye (“Neftçi”) - 800.000
Lorenzo Ebesilio (“Qəbələ”) - 800.000
Saşa Stamenkoviç (“Neftçi”) - 700.000
Leroy Corc (“Qarabağ”) - 700.000
Reynaldo (“Qarabağ”) - 700.000
Ruben Qonzales (“Bakı”) - 700.000
Marius Pena (“Bakı”) - 700.000
Anderson Oliveyra (“Simurq”) - 700.000
Mikel Alvaro (“İnter”) - 700.000
Vanderson Skarduelli (“Xəzər Lənkəran”) - 700.000