Şahmat üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatını qızıl medalla başa vurub. Lent. az-ın məlumatına görə, həlledici turda millimiz Ermənistanla heç-heçəyə nail olub – 2:2.
Komandamızın üzvlərindən Şəhriyar Məmmədyarov Levon Aronyanla, Teymur Rəcəbov Sergey Movsisyanla, Rauf Məmmədov Vladimir Akopyanla, Qədir Hüseynov isə Qabriel Sarkisyanla xalları yarı bölüb. Bununla da xallarını 14-ə çatdıran millimiz tarixində 2-ci dəfə qitənin ən güclüsü olub. Daha öncə yığmamız 2009-cu ildə Avropa çempionluğu qazanmışdı.
Qeyd edək ki, Polşadakı yarışda qadınlardan ibarət millimiz 20-ci yeri tutub.