Azərbaycan millisi Dünya Kubokuna 7 idmançı ilə yollanır
08 avqust 2019 11:52 (UTC +04:00)

Azərbaycan millisi Dünya Kubokuna 7 idmançı ilə yollanır

 
 
Avqustun 15-dən 22-dək Finlandiyanın Lahti şəhərində stend atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. 
 
APA-nın məlumatına görə, yarışda Azərbaycan milli komandası da iştirak edəcək. 
 
Yığmamız Dünya Kubokuna 7 snayperlə yollanacaq. Məşqçilər korpusu yarışda Niyaz Ağazadə, Emin Cəfərov, Nurlana Cəfərova, Regina Meftahətdinova (hamısı skit), Əlimirzə Quliyev, Əli Hüseynli və Aydan Camalovanı (hamısı trap) yoxlayacaq. 
 
Yarışda ümumilikdə 66 ölkədən 407 idmançı hədəf önünə keçəcək. 
# 459
avatar

Oxşar yazılar