Azərbaycan kikboksçusu Moskvada erməni rəqibini məğlub etdi
10 iyun 2019 15:38 (UTC +04:00)

Azərbaycan kikboksçusu Moskvada erməni rəqibini məğlub etdi

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib. 
 
57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb. O, görüşün gedişində D. Qriqoryanı üç dəfə "daun" vəziyyətinə salıb.
 
R.Abdullayev APA-ya açıqlamasında erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar