Azərbaycan karateçiləri Rafael Ağayevlə (74 kq) Şahin Atamov (+94 kq) Rusiyanın Sankt-Peterburq şəhərində Döyüş İdman növləri üzrə Dünya Oyunlarının qalibi olublar. Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 qat dünya və 11 qat Avropa çempionu 5, dünya çempionatının bürünc mükafatçısı 4 görüş keçirib.
Ağayevdən yalnız finalda rəqibi 1 xal “qopara bilib”. Atamov isə yarımfinalda rəqibinə heç bir şans verməyib:
Rafael Ağayev – Məhəmməd Əli Abdelrəhman Məhəmməd (Misir) 4:0
Rafael Ağayev – Rene Small (Hollandiya) - 1:0
Rafael Ağayev – Tomas Skott (ABŞ) - 1:0
Yarımfinal. Rafael Ağayev – Noah Bitsç (Almaniya) - 5:0
Final. Rafael Ağayev – Luici Busa (İtaliya) - 7:1
Şahin Atamov – Erkan Enes (Türkiyə) - 2:4
Şahin Atamov – Moatasim Əl Fouzari (Mərakeş) - 2:1
Yarımfinal. Şahin Atamov – Stefano Maniskalko (İtaliya) - 2:0
Final. Şahin Atamov – Zabiollah Purşab (İran) - 4:1
Beləliklə, karateçilərimiz mükafat qazanan 41 ölkə arasında Azərbaycanı 4-cü pilləyə çıxarıblar.
Qeyd edək ki, 15 döyüş idman növü üzrə keçirilən Dünya Oyunları oktyabrın 26-da başa çatacaq.