Azərbaycan idmançıları Hollandiyaya gedir
12 iyul 2013 14:14 (UTC +04:00)

Azərbaycan idmançıları Hollandiyaya gedir

Azərbaycan idmançıları iyulun 14-də Hollandiyanın Utrext şəhərində start götürəcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında mübarizə aparacaq. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 6 gün davam edəcək tədbirdə ölkəmiz 47 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.

Nümayəndə heyətinin rəhbəri MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyevdir. Heyətə qurumun beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva da daxildir. İdmançılarımız cüdo, tennis, atletika, velosiped idman və üzgüçülük növlərində yarışacaqlar.

Qeyd edək ki, 1991-ci ildən keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında ölkəmiz 1993-cü ildən təmsil olunur. 2009-cu ildə idmançılarımız 2 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə isə 1 qızıl, 2 gümüş medal qazanıblar.

   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649
avatar

Oxşar yazılar