AFFA-nın yaratdığı sistemdə futbolla məşğul olan 50000-ci şəxs qeydiyyata alınıb. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, U-12 Liqasında çıxış edəcək Mingəçevir komandasının heyətində sifariş edilib.
Həmin şəxs Royal Həsənovdur.
Qeyd edək ki, qeydiyyat sistemi 2009-cu ilin yanvarından yaradılıb. Futbolla məşğul olan şəxslər sırasına futbolçular, məşqçilər və digər texniki işçilər aid edilib.