Azərbaycan əsilli futbolçu karyerasını başa vurdu
30 iyul 2019 13:27 (UTC +04:00)

Azərbaycan əsilli futbolçu karyerasını başa vurdu

Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov karyerasını başa vurub.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan əsilli yarımmüdafiəçinin özü açıqlayıb.
 
Karyerası ərzində “Lokomotiv”, “Spartak” və bir sıra digər klubların şərəfini qorumuş A.Səmədov karyerasını bitirməklə bağlı qərarını sosial şəbəkədə elan edib. “Ufa” klubundan təklif almasına baxmayaraq, yarımmüdafiəçi futbolçu kimi çıxışlarını başa vurmağa üstünlük verib: “Mənim əziz dostlarım, yaxınlarım, azarkeşlərim. O an gəldi, futbolçu kimi karyeramı başa vururam”.
 
Qeyd edək ki, A. Səmədov 2003-cü ildə Azərbaycan milli komandasına da çağırılıb, lakin heç bir rəsmi matçda meydana çıxmayıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar