Azərbaycan cüdoçusu Afrika Kubokunu qazandı
17 yanvar 2016 00:17 (UTC +04:00)

Azərbaycan cüdoçusu Afrika Kubokunu qazandı

Tunisdə cüdo üzrə Afrika Kubokuna start verilib. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirin ilk günündə Azərbaycan millisinin on cüdoçusu mübarizə aparıb.

 

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk görüşündə iordaniyalı Hait Salmanı, daha sonra Səudiyyə Ərəbistan idmançısı Eys Majraşı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Bu mərhələdə sloveniyalı Matyaj Trboviçi, finalda isə Fransa cüdoçusu Sedrik Revol üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

66 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Telman Vəliyev mübarizəyə fransalı Fərid Ben Əli üzərində qələbə qazanaraq başlayıb. Ardınca Portuqaliya təmsilçisi Dioqo Sezara qalib gəlib. Daha sonra tatami sahibi Hussen Halfauini mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb. Lakin Vəliyev bu mərhələdə fransalı Aleksandr Mariaka məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada isə Gürcüstan cüdoçusu Vaxa Marqvelaşviliyə uduzan idmançımız 5-ci olub.

 

Davud Məmmədov (60 kq), İlkin Babazadə (66 kq), Fəqan Quluzadə (73 kq) və Vüqar Bayramov (73 kq) mübarizəni erkən dayandırıblar.

 

Qadın cüdoçularımız – Leyla Əliyeva (48 kq), Aişə Qurbanlı (48 kq), Səkinə Zairova (57 kq) və Xanım Hüseynova (63 kq) da turnirlə erkən vidalaşmalı olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar