Azərbaycan çempionu “Dandolk”la oyunun favoritidir
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Dandolk” (İrlandiya) oyunun əmsalları açıqlanıb.
APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu favorit hesab edirlər.
Bakıda bu gün baş tutacaq qarşılaşmada “Qarabağ”ın qələbəsi 1,52 əmsalla qiymətləndirilibsə, “Dandolk”un qalib gəlməsinə 7,40 əmsal verilib. Saat 21:00-da start götürəcək görüşdə heç-heçə əmsalı isə 4,00-dür.
Dandolkda keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
683