Azərbaycan yığmasının daha bir boksçusu Belarusda keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
Lent.az xəbər verir ki, APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib.
Olimpiya mükafatçımız Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.
Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.