Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlandı
08 iyun 2019 13:03 (UTC +04:00)

Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlandı

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.
 
APA-nın məlumatına görə, 4-cü turun iyunun 11-də keçiriləcək matçını Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Con Biton olacaq. Onun köməkçiləri kimi meydana Alan Malvanni və Sin Karr çıxacaq. Dördüncu hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
 
“Bakcell Arena”dakı qarşılaşmanın hakim-inspektoru hollandiyalı Yan Uillem Veqerif, UEFA nümayəndəsi rumıniyalı Aurel Mihail İonesku olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar