DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib. Lent.az-ın affa.az-a istinadən xəbərinə görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Öncədən matçın 8-ci km qəsəbə stadionunda keçiriləcəyi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.