Azərbaycan-İtaliya oyununa bilet satışı davam edir
24 sentyabr 2015 00:29 (UTC +04:00)

Azərbaycan-İtaliya oyununa bilet satışı davam edir

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan və İtaliya yığmalarının oyununa bilet satışı davam edir.

 

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, biletləri “Bakcell Arena”nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür.

 

Biletlərin qiyməti 1, 2, 4 və 50 manatdır.

 

Satış nöqtələrindən 100 manata individual “Skybox” biletləri də əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar