Azad Rəhimov Patrik Hikki ilə görüşüb
22 yanvar 2016 15:02 (UTC +04:00)

Azad Rəhimov Patrik Hikki ilə görüşüb

 

Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Isveçrənin Lozanna şəhərində səfərdədir.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Azad Rəhimov səfəri çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro , AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib.

 

Görüşlər çərçivəsində Bakı 2015 Avropa oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.

 

Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar