Azad Rəhimov “Real Madrid”in Bakıdakı məktəbində
04 noyabr 2013 17:44 (UTC +04:00)

Azad Rəhimov “Real Madrid”in Bakıdakı məktəbində

“Real Madrid” Fondu ilə Gənclər və İdman Nazirliyinin “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, mərasimə nazir Azad Rəhimov, “Real Madrid” klubunun katibi və Fondun vitse-prezindenti Enrike Sançes, “Real Madrid” Fondunun beynəlxalq proqramlar üzrə rəhbəri Rosa Ronkal, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmilər qatılıblar.

 

Layihənin tərəfdaşları Təhsil Nazirliyi, Gənclər Fondu, AzərİdmanServis və C”est Bon şirkəti olub. A. Rəhimov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “2005 - 2015 illərdə Futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması futbolun inkişafına böyük təkandır: “Dünya şöhrətli Real Madrid” Fondunun əməkdaşlığı ilə Müstəqil Dövlətlər Birliyində, həmçinin regionda ilk sosial futbol məktəbinin Bakıda açılması futbolun Azərbaycanda kütləviləşməsinə böyük təkan olacaq”.

 

Qeyd edək ki, hazırda “Real Madrid” Fondu dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520
avatar

Oxşar yazılar