Almaniyanın “Ayntraxt” klubu avqustun 22-də “Qarabağ”la keçirəcəyi futbol üzrə Avropa Liqasının ilk “pley-off” matçına 2 itki ilə çıxacaq. Lent.az-ın məlumatına görə, bu barədə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi mətbuat konfransında qonaq komandanın baş məşqçisi Armin Fe açıqlama verib.
Fe bildirib ki, bunlar müdafiəçi Sebastyan Yunq və Pirmin Şveqlerdir. Yunq zədə, Şveqler isə hazırlıq səviyyəsi yetərli olmadığı üçün qarşıdakı matçı buraxacaq.
Qeyd edək ki, sabah Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:00-da başlanacaq.
Ayntraxt” “Qarabağ”ın qarşısına 2 itki ilə çıxacaq
965