Avropa Olimpiya Oyunlarına doğru
15 iyul 2013 10:14 (UTC +04:00)

Avropa Olimpiya Oyunlarına doğru

 

Bu vaxta qədər birinci dəfə olaraq təşkil olunacaq Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq əhəmiyyətli uğurlarından biridir. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük etimada sahib bir dövlətdir. Azərbaycan arzuolunan tərəfdaş, etibarlı əməkdaş imicini formalaşdırmışdır. BMT TŞ-nın qeyri-daimi üzvü olmaqla beynəlxalq səciyyəli problemlərin həll olunduğu mərkəzlərdən birinə çevrilmişdir. Həmçinin Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafı, rəqabət qabiliyyətliliyi kimi iqtisadi faktorlar da qərara həlledici təsir göstərmişdir. Bütün beynəlxalq  qurumların təsdiqlədiyi kimi hətta böhranlı illərdə də Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu isə Azərbaycana olan etimadı artırmışdır. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitliyin mövcudluğu Azərbaycanı nümunəvi ölkə kimi dünyada təsdiqləmişdir. Belə bir mötəbər oyunlara ev sahibliyi edəcək ölkədə ictimai sabitliyin mövcudluğu, insan hüquq və azadlıqlarının təmini təsiredici faktorlardandır.

Həlledici amil isə Azərbaycanın  bu gün dünyada və Avropada idman dövləti kimi tanınması, idman sahəsində əldə etdiyimiz uğurlardır. Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüşdür. Bu məqsədyönlü, praqmatik siyasətin kökləri isə bir qədər əvvələ dayanır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsiylə Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bununla da Azərbaycan idmanında, Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu. Həmin vaxtdan etibarən mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı səhifələrin yazılmasına səbəb oldu. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuş və bu il Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdı. London Olimpiyadasında idmançılarımızın əldə etdiyi nailiyyətlər, daha sonra avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Dünya Çempionatı keçirilməsi, 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası Dünya Çempionatı artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. Bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını, həmçinin beynəlxalq etimadı artırdı. Bu onu göstərdi ki, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir . İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Bütün bu sadalanan uğurlar Azərbaycanın Avropa Olimpiya oyunlarının ilkin vətəninə çevrilməsi üçün məntiqi zəmin hazırladı.

Prezidentin Sərəncamı ilə I Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi ilə bağlı geniş fəaliyyətə başlamışdır. Məqsəd isə oyunların maksimum şəkildə planlı, məntqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, Azərbaycan bu etimadı da doğruldacaq, öz adını tarixə salacaqdır.  Avropa Oyunlarının uğurlu təşkili , belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək.

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar