Futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinə adlayan ilk 3 komanda müəyyənləşib. Lent.az-ın məlumatına görə, bunlar Çernoqoriyanın “Rudar”, Lüksemburqun “Jeness Eş” və “Differdanj” klublarıdır.
I təsnifat mərhələsinin cavab görüşlərində “Rudar” Ermənistanda “Mika” ilə heç-heçəyə nail olub – 1:1. İlk matçda 0:1 hesabı ilə uduzduğundan, “Mika” mübarizəni dayandırıb.
“Jöness Eş” Finlandiya TPS-inə 1:2 hesabı ilə uduzsa da, ilk oyunu qələbə ilə başa vurub – 1:0. Məhz səfər qolu Lüksemburq klubunu növbəti mərhələyə çıxarıb. “Differdanj” isə Albaniya “Laçi”sini evdə yenib – 2:1. Bu komandaların səfər görüşü də “cırtdanlar”ın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, I təsnifat mərhələsinin qalan cavab görüşləri 10-11 iyulda keçiriləcək.
Avropa Liqası: “Lüksemburq inqilabı”
1081