Avropa Liqası: “Xəzər Lənkəran” “Makkabi”yə məğlub oldu 
19 iyul 2013 00:20 (UTC +04:00)

Avropa Liqası: “Xəzər Lənkəran” “Makkabi”yə məğlub oldu 

İyulun 18-də Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. . Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “Xəzər Lənkəran” ilk görüşünə səfərdə çıxıb. 


I təsnifat mərhələsində Malta “Slima”sını sıradan çıxaran cənublular bu dəfə İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşıb. Güclü rəqib qarşısında baş məşqçi Con Toşakın yetirmələri 36 dəqiqə qapısını toxunulmaz saxlaya bilib. 

Hayfa şəhərinin “Kiryat Eliezer” stadionunda keçirilən göürşdə ilk qol Ezranın fərdi ustalığı sayəsində vurulub. Fasilədən sonra isə müdafiəçilərimizin kobud səhvi daha bir qolla nəticələnib. Beləliklə, hər hissədə 1 qol vuran hayfalılar “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının I təsnifat mərhələsində “Slima” ilə səfərdə 1:1 hesablı bərabərə qalmışdı. Lənkəranda keçirilən matçda isə “ağ-yaşıllar” maltalıları minimal hesabla məğlub etmişdi. 


“Makkabi” (İsrail) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN) - 2:0
QOLLAR: Ezra, 37, Turgeman, 55
Hayfa. “Kiryat Eliezer” stadionu
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
 

Makkabi33. Boyan Şaranov, 13. Taleb Tvatiha, 21. Dekel Keynan, 27. Eyal Meşumar, 7. Qustavo Bokkoli, 8. Hen Ezra, 10. Ruben Rayos, 25. Edin Kokaliç, 17. Alon Turgeman, 19. Şimon Abuhazira, 20. Yaniv Katan (k)
 

Ehtiyat oyunçular: 22. Amir Edri, 3. Samuel Şeymann, 8. Elad Qabai, 29. Andrey Pilyavski, 15. Eyal Qolasa, 14. Sintayehu Sallalix, 17. İsmail Ralyan
Baş məşqçi: Arik Benado

”Xəzər Lənkəran”: 30. Toni Doblas, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 21. Radomir Todorov, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 7. Sadio Tounkara, 11. Zohair Benouahi, 12. Junior Nildo
 

Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 9. Uğur Pamuk, 5. Elnur Allahverdiyev, 16. Adrian Pit, 17. Kazım Kazımlı
Baş məşqçi: Con Toşak

# 1122
avatar

Oxşar yazılar