Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “Qarabağ” ilk görüşünü evdə keçirib. Qurban Qurbanovun yetirmələrinin rəqibi Polşanın “Pyast” klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçən oyun 2:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. Oyunda ilk topu qonaqlardan Marçin Robak (19) vurub. 40-cı dəqiqədə Almeyda hesabı bərabərləşdirib. 83-cü dəqiqədə isə Reynaldo «Qarabağ»ı irəli çıxarıb. Cavab görüşü bir həftədən sonra keçiriləcək.
“Qarabağ” (AZƏRBAYCAN) – “Pyast” (Polşa) - 2:1
QOLLAR: Riçard Almeyda, 40, Reynaldo, 83 - Marçin Robak, 19
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Damir Batiniç (Xorvatiya)
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 9. Reynaldo, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 55. Bədavi Hüseynov, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 88. İlrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov
Pyast: 29. Yakub Şumski, 11.Marçin Robak, 3. Çaba Horvat, 4. Mateuş Matras, 5. Yan Polak, 14. Adrian Klepçinski, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Matey İzvolt, 20. Lukaş Hanzel, 22. Ruben Jurado
Ehtiyat oyunçular: 1. Yakub Şmatula, 15. Lukaş Kriçki, 10. Kamil Vilçek, 26. Bartoş Şeliqa, 27. Artis Lazdinş, 9. Radoslav Muravski, 16. Pavol Çiçman
Baş məşqçi: Marçin Broş