Avropa Liqası: “İnter”də uduzdu
19 iyul 2013 00:30 (UTC +04:00)

Avropa Liqası: “İnter”də uduzdu

İyulun 18-də  Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “İnter” səfərdə “Tromse”nin qonağı olub. 


I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ını turnirdən uzaqlaşdıran baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə də sərfəli nəticə qazanmaq əzmində idi. 

Tromse şəhərinin “Alfheym” stadionunda baş tutan oyunda meydan sahibləri inamlı qələbə qazanıb. Ukraynalı referi Yuri Mojarovskinin idarə etdiyi matçda hər hissədə bir dəfə fərqlənən norveçlilər meydandan 2:0 hesablı qalib ayrılıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Bakıda keçiriləcək.


“Tromse” (Norveç) – “İnter” (AZƏRBAYCAN) - 2:0
 

QOLLAR: Zdenek Ondraşek, 43, Maqnus Andersen, 63
Tromse. “Alfheym” stadionu
Baş hakim: Yuri Mojarovski (Ukrayna)

 

TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 7. Miika Koppinen (k), 14. Hans Norbye, 8. Tomas Bendiksen, 10. Tomas Draq, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek.
 

Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 6. Adnan Kauseviç, 16. Lars Yonsen, 19.Uilyam Frantzen, 5. Morten Moldskred, 21. Veqard Losvoll, 28. Aleksandr Priyoviç.
 

Baş məşqçi: Aqnar Kristensen

 

İNTER: 1. Georgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 33. Matiya Şpiçiç, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 47. Abdulla Abatsiyev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k).
 

Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 15. Joao Paulo Dantas, 10. Daniel Genov, 14. İlqar Ələkbərov, 21. Arif Daşdəmirov, 6. Samir Zərgərov, 17. Ramil Mansurov.
 

Baş məşqçi: Kaxaber Sxadadze

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1156
avatar

Oxşar yazılar