Qaydasız döyüş üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adı müəyyənləşib. Naxçıvan Döyüş klubunun prezidenti Əkbər Əhmədovun Lent.az-a verdiyi məlumata görə, 21-22 avqustda Ukraynanın Feodosiya şəhərində keçiriləcək qaydasız döyüş üzrə Avropa çempionatında Naxçıvan Döyüş klubunun üzvləri iştirak edəcək. Ukraynaya yollanacaq idmançılar bunlardır: Məmmədov Xamis, Məmmədov Fuad, Zeynalov Nadir, Dadaşov İsa, Qədirov Müsənnis, Əlizadə Elbəy.
“Çempionata qatılan idmançılarımız yarışa tam hazırdırlar. Aylardır dayanmadan məşqlər edən idmançılarımıza uğurlar arzu edirik. Naxçıvan Döyüş klubunun prezidenti Əkbər Əhmədov və vitse-prezident Himalay Əliyev göndərilən idmançılardan yaxşı nəticə əldə edəcəklərinə əmindirlər” deyə Əkbər Əhmədov bildirib.