Avropa çempionatı Bakıda!
06 dekabr 2013 19:18 (UTC +04:00)

Avropa çempionatı Bakıda!

2017-ci ildə Bakıda ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso açıqlama verib.

O bildirib ki, bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyası ilə danışıqlar aparılıb. Ursonun fikrincə, Azərbaycanda ağırlıqqaldırmanın inkişafı üçün əlverişli şərait var: “Sabahdan bu istiqamətdə addımlar atmağa başlayacağıq. Hesab edirəm ki, 2014-cü ildə yekun qərar qəbul ediləcək. Yarışın hansı idman qurğusunda keçirilməsi təşkilati işlərlə bağlı məsələdir. Bu məsələdə problem olacağını düşünmürəm”
 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar