Klublarımızın avrokuboklardakı uğurlu çıxışı Azərbaycanı qitə nəhəngləri ilə yanaşı qoyub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının başa çatan I mərhələsindən sonra ən çox əmsal toplayan ölkə məhz Azərbaycandır.
“Xəzər Lənkəran”, “İnter” və “Qarabağ” ümumilikdə Azərbaycana 1,250 xal gətirib. Bu göstərici mövsümün hazırkı cədvəlində 7-cidir. Lakin bizi qabaqlayan nəhənglər xal qazanmayıb. Birbaşa qrupa çıxan təmsilçilərinə görə bonus əldə ediblər.
İngiltərə, Almaniya, İspaniya buna görə 1,714, İtaliya, Fransa, Portuqaliya isə 1,333 xala malikdir. Onların hamısı mübarizəsiz buna yiyələnib. Bu 6 nəhəngin arxasınca qərarlaşıb Hollandiya kimi futbol ölkəsinə də yuxarıdan baxan Azərbaycan isə 1,250 xalının hamısını yaşıl meydanlarda əldə edib. Digər ölkələrdən yalnız İslandiya 1-dən artıq - 1,125 xal yığıb
Avroliqa: Azərbaycan hamını qabaqladı
1620