Avrokomissiya prezidentinin müavini Soçi-2014-ü boykot edib
11 dekabr 2013 06:11 (UTC +04:00)

Avrokomissiya prezidentinin müavini Soçi-2014-ü boykot edib

Avropa komissiyası prezidentinin müavini Vivian Rediq Soçi-2014 Olimpiada oyunlarını izləmək üçün Rusiyaya getməyəcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda o, «tvittre» səhifəsində yazıb: «Nə qədər ki Rusiyadakı qanunlar azlığın (söhbət cinsi azlıqlardan gedir - red.) haqqını tapdayır, şübhəsiz, Soçiyə getməyəcəyəm».

 

Xatırladaq ki, Almaniyanın prezidenti Yoaxim Qauk da Soçidə keçiriləcək qış olimpiya oyunlarına getməyəcəyini bildirib. Prezidenti mətbuat katibliyi bildirib ki, bu qərar yarışların «boykot edilməsi demək deyil, qış olimpiya oyunlarının izlənilməsi alman prezidentlər üçün keçmişdə qalıb».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800
avatar

Oxşar yazılar