Anand Karlseni yenə məğlub edə bilmədi
18 noyabr 2013 17:54 (UTC +04:00)

Anand Karlseni yenə məğlub edə bilmədi

Hindistanlı Vişvanatan Anand və norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionluğu uğrunda matçda 7-ci partiyadan heç-heçə ilə ayrılıb. Lent. az-ın məlumatına görə, görüş 32-ci gedişdə başa çatıb – 0,5:0,5.

 

7 partiyadan sonra Karlsen liderliyini davam etdirir – 4,5:2,5. Əvvəlki 2 partiya norveçli qrossmeysterin xeyrinə yekunlaşıb. İlk 4 partiyada isə heç-heçə qeydə alınıb. Növbəti görüş noyabrın 19-da olacaq. Ağ fiqurlarla 22 yaşlı Karlsen oynayacaq. Ümumilikdə 12 partiyanın keçirilməsi planlaşdırılır. Yekunda hesab bərabər olsa, reqlamentdə “tay-breyk” nəzərdə tutulub.

 

Qeyd edək ki, Vişvanatan Anand 2007-ci ildən dünya çempionu adını daşıyır. Şahmat tacı uğrunda hazırkı matç 43 yaşlı qrossmeysterin doğma şəhəri Çennayda keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar