Azərbaycan alpinistlərindən ibarət növbəti qrup Kazbek zirvəsini fəth edib. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmsilçilərimiz 5047 m hündürlüyündəki zirvəyə Bakı vaxtı ilə saat 13:55-də çıxıblar.
Bu zaman hava aydın, lakin çox küləkli olub. Meteoroloji stansiyadan zirvəyə yürüş 6 saat 30 dəqiqə çəkib. “Alpinistlərimiz özlərini əla hiss edirlər. Hamıya salamlarını göndərir və enişə başlayırlar” deyə məlumatda bildirilir.
Qeyd edək ki, qrupa AAF prezidenti İsrafil Aşurlı rəhbərlik edir.