Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövlə müqavilə daha 2 il uzadılıb. Lent.az-ın Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma 2016-cı il Avropa çempionatının sonunadək nəzərdə tutulub.
53 yaşlı mütəxəssislə yanaşı, yığmanın baş meneceri Oliver Birhoff və qapıçılarla işləyən məşqçi Andreas Köpke də müqaviləsini təzələyib. Digər köməkçi-məşqçi Hans-Diter Flik isə 2014-cü il dünya çempionatından sonra DFB-də idman direktoru vəzifəsinə keçəcək. Lövlə əvvəlki anlaşma Mundialın axırınadək nəzərdə tutulmuşdu. Almaniya millisi planetin ən güclü yarışına qrup lideri kimi vəsiqə qazanıb.
Qeyd edək ki, Yoahim Löv Almaniya yığmasına məşqçilər korpusunda 2 ilədək çalışdıqdan sonra 2016-cı ilin iyulunda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Bundestim 2008-ci il Avropa çempionatında gümüş, 2010-cu il dünya 2012-ci il Avropa çempionatında bürünc medal qazanıb.