Almaniyada “Odlar Yurdu” Boks İdman Klubu yaradıldı
12 iyul 2013 12:14 (UTC +04:00)

Almaniyada “Odlar Yurdu” Boks İdman Klubu yaradıldı

 

İyulun 11-də Dünya Azərbaycan Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyinin dəstəyilə Maqdeburq şəhərində “Odlar Yurdu” Boks İdman Klubu təsis edilib.

 

Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni qurulan İdman Klubunun rəhbəri hazırda İBO-İnternational, İBO-İnterkontinental və İBF-Avropa  versiyalari üzrə dünya çempionu Azad Əzizov seçilib.

 

Dünya Azərbaycan Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyinin rəhbəri, Almaniya Azərbaycanlı Gənclər Birliyinin sədri Elnur Rixter Almaniyada yaşayan azərbaycanlı gənclər arasında idmana böyük həvəs olduğunu bildirib.  Onun sözlərinə görə, idmanın gənclər üçün maraqlı olan növlərindən biri də boksdur və  Almaniyadakı gənclərimizin böyük hissəsi məmnuniyyətlə bu idman növü ilə məşğul olurlar.

 

# 487
avatar

Oxşar yazılar