Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov AFFA-nın Futbol Veteranları Fondunun I dərəcəli təqaüdünə layiq görülməsi barədə İcraiyyə Komitəsinin qərarını şərh edib. 66 yaşlı mütəxəssis Lent.az-a açıqlamasında adının siyahıya salınmasından xəbərsiz olduğunu bildirib.
AFFA rəhbərliyinə təşəkkür edən Mircavadov bu qərarın yaşla əlaqədar olduğunu söyləyib: “Yenə sağ olsunlar. 250 manat təqaüd işsiz vaxtlarımda mənə kömək olacaq”.
Bununla yanaşı, təcrübəli mütəxəssis özünü gümrah hiss etdiyini və işləmək istədiyini açıqlayıb: “Mənə təqaüd yox, iş lazımdır. Təklif olsa, yenə baş məşqçi işləməyə hazıram”.
Qeyd edək ki, vaxtilə Ağasəlim Mircavadov “Qarabağ”, “Şəmkir”, “Neftçi” və “Xəzər Lənkəran” klublarına çempionluq sevinci yaşadıb. O, həmçinin “Neftçi” və “Xəzər Lənkəran”ın sükanı arxasında ikən “MDB və Baltikyanı ölkələrin çempionlarının “Birlik Kuboku”nu qazanıb.