AFFA legioner limitini yenə dəyişdirdi
14 avqust 2013 14:00 (UTC +04:00)

AFFA legioner limitini yenə dəyişdirdi

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda komitənin 11 üzvündən 8-i iştirak edib.

 

Cahangir Hacıyev, Elmar Qasımov və Kazbek Tuayev üzrlü səbəblərdən toplantıya qatılmayıblar. İclasda ən mühüm qərarlar I divizionla bağlı olub. Bu liqada yaşı 21-dən yuxarı futbolçulara tətbiq olunan limitə yenidən baxılıb. Qərara alınıb ki, komandaların start heyətində gənc oyunçuların sayı 8-dən 6-ya endirilsin. Qalan 5 oyunçuya isə yaş məhdudiyyəti qoyulmayacaq. Bu qərar 2013-2014-cü il mövsümündən qüvvəyə minəcək. Digər tərəfdən, I divizionda yalnız qalib olan komanda Topaz Premyer Liqasına vəsiqə qazanacaq. Elitada isə 2014-2015-ci il mövsümündən legioner limiti 6+5-ə endiriləcək. 5 yerli oyunçudan 2-nin yaşı isə 21-dək olmalıdır.

 

Premyer Liqa klublarında ən azı 5 nəfərlik idarə heyəti formalaşdırılacaq. Onlardan ən azı 1-i futbol veteranı olmalıdır. Eyni zamanda, U-19 liqasının yaradılması qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Oxşar yazılar