AFFA klubları və futbolçunu cəzalandırdı
17 oktyabr 2013 13:53 (UTC +04:00)

AFFA klubları və futbolçunu cəzalandırdı

Topaz Premyer Liqasının IX turunda baş vermiş hüquq pozuntularına AFFA İntizam Komitəsinin bugünkü iclasında baxılıb. Lent. az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, ən böyük məbləğdə cərimə “Qəbələ”yə verilib. 

 

Səbəb bu klubun azarkeşlərinin “Neftçi” ilə matçın 76-cı dəqiqəsində meydana kənar əşyalar atmasıdır. “Xəzər Lənkəran”la qarşılaşmada “Rəvan”ın, “Simurq”la görüşdə isə AZAL-ın 5 futbolçusuna sarı vərəqə göstərildiyi üçün paytaxt təmsilçiləri hərəyə 1000 manat ziyana düşüb.

 

“İnter” matçın 66-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu  Ruslan Qurbanov 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742
avatar

Oxşar yazılar