AFFA “Barselona”nı Bakıya gətirmək üçün UEFA-ya müraciət etdi
25 noyabr 2013 11:51 (UTC +04:00)

AFFA “Barselona”nı Bakıya gətirmək üçün UEFA-ya müraciət etdi

Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, təmsilçimiz əsas seçmə mərhələdəki son oyununda Portuqaliyanın “Sportinq”ini 6:3 hesabı ilə yenib.

 

Portuqaliyanın Almada şəhərindəki "Complexo Municipal dos Desportos" İdman Kompleksində keçirilmiş qarşılaşmada “Araz”ın qollarından 3-ünü Fabiona vurub. Vitali Borisov, Amadeu və Felipe isə hərəyə 1 dəfə fərqlənib. Daha öncə komandamız Hollandiya “Eyndhoven”ini 6:3, Macarıstan "Qyor ETO"sunu 5:0 hesabı ilə darmadağın edib.

 

“4-lər finalı”na daha 3 vəsiqəyə isə “Barselona” (İspaniya), “Dinamo” (Rusiya) və “Kayrat” (Qazaxıstan) yiyələnib. 2014-cü ilin aprelində keçiriləcək həlledici mərhələyə ev sahibliyi etmək üçün artıq AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və bununla bağlı UEFA-ya müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar