AFFA “Bakcell”ə müqavilə bağladı
17 dekabr 2013 13:16 (UTC +04:00)

AFFA “Bakcell”ə müqavilə bağladı

AFFA ilə mobil rabitə operatoru “Bakcell” arasında əməkdaşlıq müqaviləsi bağlanılıb. Lent.az-ın məlumatına görə, sənədə AFFA-nın baş katibi Elxan Məmmədovla “Bakcell”in baş icraçı direktoru Riçard Şirer imza atıb.

Ardından tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Məmmədov çıxışında Azərbaycan futbol ailəsinə yeni üzvün qatıldığını bildirərək, bunu futbolumuz üçün önəmli hadisə adlandırıb: “Bu müqavilədən təkcə yığma komandalarımız yox, klublarımız da fayda görəcəklər. Belə önəmli layihəyə dəstək verdiyi üçün “Bakcell”ə AFFA prezidenti Rövnəq Abdullayev adından təşəkkürlərimi çatdırıram”.

Şirer isə çıxışında “Bakcell”in futbol sahəsində fəallığından danışıb. O, AFFA ilə əməkdaşlıq müqaviləsini bağlamaqla bu sahədə əlaqələri daha da genişləndirdiklərini bildirib: “Biz İngiltərənin “Mançester Yunayted” klubu ilə yanaşı, yerli səviyyədə də işlər görürük. AFFA ilə əməkdaşlıq etməklə azərbaycanlı ulduzlar yetişdirmək istəyirik. Biz təkcə maliyyə baxımından kömək göstərmir, həm də öz təcrübəmizi bölüşürük. İstərdik ki, AFFA-ya və onun komandasına uğurlar arzulayaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar