AFFA-nın baş katibi Elxan Məmmədov İspaniyanın "Barselona" futbol klubunun prezidenti Sandro Rossellə görüşüb. Lent.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş İspaniyanın Barselona şəhərində baş tutub.
Tərəflər ümumilikdə Azərbaycan futbolunun inkişafı, xüsusilə uşaq futbolu və marketinq sahəsində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr, AFFA ilə "Barselona" klubu arasında qarşılıqlı əlaqələri müzakirə ediblər.