AFFA-dan “Qarabağ”a azarkeş cəzası
20 avqust 2013 13:42 (UTC +04:00)

AFFA-dan “Qarabağ”a azarkeş cəzası

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda Topaz Premyer Liqasının III tur qarşılaşmaları zamanı baş vermiş hüquq pozuntularına baxılıb.

 

“Neftçi”nin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Simurq”a 1000 manat cərimə kəsilib. 42-ci dəqiqədə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. Flaqman daha 1000 manat cəriməni 8, 31 və 73-cü dəqiqələrdə öz azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunması səbəbindən ödəyəcək.

 

AZAL-la matçda 5 futbolçusu sarı vərəqə alan “İnter” də 1000 manat ziyana düşüb. “Qarabağ” isə bu qədər cəriməni “Xəzər Lənkəran”la oyunun 26-cı dəqiqəsində azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ödəməlidir.

 

“Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ”yə 1000 manat cərimə kəsilib. Daha 200 manat cərimə isə müdafiəçi Volodomir Levinin idmançıya yaraşmayan hərəkəti səbəbindən ödənilməlidir. Levinin özü isə 1 oyunluq cəzaya məhkum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824
avatar

Oxşar yazılar