AÇ: Almaniya, yoxsa İtaliya?
02 iyul 2016 07:37 (UTC +04:00)

AÇ: Almaniya, yoxsa İtaliya?

Bu gün Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

 

Apasport.az saytının məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparacaqlar.

 

Turnirin favoritlərindən hesab olunan, ancaq çempionat başlayandan bəri istədiyi oyunu heç cür nümayiş etdirə bilməyən Almaniya millisi yalnızca 1/8 finalda Slovakiya ilə oyunda nisbətən rahat qələbə qazanmışdı.

 

“Bundestim”in əksinə, yarışdan əvvəl şansları o qədər də yüksək dəyərləndirilməyən İtaliya yığması isə hər kəsi təəccübləndirməyə davam edir. Özünəxas oyun üslubuna malik “mavilər” qarşılarına çıxan rəqibləri növbə ilə yolundan kənarlaşdırmağı bacarıb. Antonio Kontenin yetirmələri 1/8 finalda erkən final olaraq dəyərləndirilən İspaniya ilə matçda da inamlı qələbə qazanıb.

 

Bu dəfə isə hədəf turnirin daha bir favoritini – son dünya çempionunu evə yollamaqdır.

 

 

Avropa çempionatı

1/4 final

2 iyul

 

23:00. Almaniya – İtaliya

Baş hakim: Viktor Kassai

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar