"Xəzər Lənkəran" 2 futbolçusunu qovdu
26 iyul 2013 12:44 (UTC +04:00)

"Xəzər Lənkəran" 2 futbolçusunu qovdu

 

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa, İsrail) ilə cavab qarşılaşmasında qeydə alınan 0:8 hesablı məğlubiyyətdən dərhal sonra “Xəzər Lənkəran” klubu rəhbərliyi baş məşqçi Con Toşakla görüşüb.

 

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə uelsli mütəxəssisin hesabatı dinlənilib. Lənkəran komandasının bir həftə öncə səfərdə 0:2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşləri qarşısında böyük hesabla yenilməsi, bəzi oyunçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub.

 

Bunu əsas götürən “Xəzər Lənkəran” klubu iki futbolçunu əsas komandadan göndərib. Bunlar braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblasdır. Lakin bunlar hələ son deyil. Göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967
avatar

Oxşar yazılar