Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində “Uşaq Paralimpiya Hərəkatı”nın təsis edilməsi haqda qərar qəbul olunub. Milli Paralimpiya Komitəsindən APA-ya verilən məlumata görə, müvafiq qərarın verilməsində məqsəd paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanmasıdır.
Bir ay müddətində “Uşaq Paralimpiya Hərəkatının”nın yaradılması ilə bağlı konsepsiya hazırlanacaq və İcraiyyə Komitəsi tərəfindən təsdiq ediləcək. 2013 – ci ilin sonunadək “Uşaq Paralimpiya Hərəkatının”nın inkişaf etdiyi ölkələr müəyyən ediləcək və onların təcrübələri öyrəniləcək, habelə hərəkatın icra mexanizmi hazırlanacaq.