"Sabah" fransalı futbolçu ilə anlaşdı
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra komandamızın uğurları üçün çalışacaq.
Lent.az-ın klubun saytına istinadla verdiyi xəbərə görə, 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.
Hücumçu Konqo millisində 3 oyun keçirib.
588