APA-nın məlumatına görə, İspaniya mediası braziliyalı ulduz Neymarın transferində maliyyə maxinasiyalarına yol verilməsi faktı üzrə cinayət işi açıldıqdan sonra S. Rosselin istefa vermək qərarına gəldiyini xəbər verib. Onun yerinə prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq hazırkı vitse-prezident Xose Maria Bartomeuya tapşırılacaq.
Qeyd edək ki, “Barselona” klubu Neymarı 57 milyon avroya transfer etdiyini açıqlayıb. Lakin bu transferin əslində 95 milyon avroya başa gəldiyi bildirilir. 2010-cu ildə “Barselona” prezidenti seçilən S. Rossel bu ittihamları rədd etsə də, qalmaqalın kluba zərər verməməsi üçün istefaya getmək qərarına gəlib.