Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşacaq.
C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparacaq. Qrupdan çıxmaq iddiasında olan “Atletiko” qələbə ilə xal hesabını artırıb, durumunu yaxşılaşdırmaq əzmindədi. Madridlilər bununla, “Çelsi”yə ev məğlubiyyətini unutdurmalıdı.
“Qarabağ” isə ilk xal üçün savaşacaq. Keçirdiyi hər iki oyunda uduzan Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə sensasiyaya köklənib. İddialı rəqibi büdrətmək əzmində olan əyalət klubu bununla da “Çelsi” və “Roma” məğlubiyyətlərindən sonra azarkeşlər önündə özünü reabilitasiya etməlidi.
Qitənin ən nüfuzlu klub turnirindəki qol hesabını evdəki ilk oyununda açan ağdamlılar öz meydanındakı növbəti sınaqda daha bir ilki reallaşdırmalıdı. Bu, ya ilk xal, ya da ilk qələbə olmalıdı. Təbii ki, “Atletiko” kimi rəqibi yenmək inandırıcı görünmür. Amma madridlilərin 1/8 final arzusuna ciddi zərbə vurub, heç-heçə üçün mübarizə aparmaq mümkündü.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur
C qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya)
Baş hakim: Ruddi Buke
Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano
Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie
Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu
1 |
Çelsi |
2 |
2 |
0 |
0 |
8-1 |
6 |
2 |
Roma |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
3 |
Atletiko |
2 |
0 |
1 |
1 |
1-2 |
1 |
4 |
Qarabağ |
2 |
0 |
0 |
2 |
1-8 |
0 |