"Partizan"ın oyunçusu: “Qarabağ"la oyunda maksimum bacarığımızı nümayiş etdirdik”
11 iyul 2019 00:03 (UTC +04:00)

"Partizan"ın oyunçusu: “Qarabağ"la oyunda maksimum bacarığımızı nümayiş etdirdik”

 
“Bizim üçün çox çətin oyun oldu. Belə adlı-sanlı rəqiblə heç-heçə yaxşı nəticədir”.
 
APA-nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun futbolçusu Yasir Asani deyib.
 
Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la evdəki ilk oyunu barədə fikirlərini açıqlayan hücumçu 0:0 hesablı heç-heçədən məmnunluğunu dilə gətirib: “İnanıram ki, cavab oyununda uğur qazana bilərik. Yağış meydançanın durumuna təsir etmişdi. Lakin çətinlik çəksək də, meydançaya uyğunlaşıb, maksimum bacarığımızı nümayiş etdirdik. Bu dəfə heç-heçə oldu. Səfərdə qalib gəlmək istəyirik. Qol imkanlarımızdan yararlana bilmədik. Ya mən, ya da Erald Çinari hesabı açsaydıq, matç başqa cür yekunlaşardı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar