"Neftçi" daha bir futbolçusu ilə müqaviləni artırdı
“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
APA-nın məlumatına görə, "ağ-qaralar" Namik Ələskərovun ardınca Rəhman Hacıyevlə də razılaşmanı 1 il müddətinə artırıb.
Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək Bakı təmsilçimizin şərəfini qoruyacaq.
Qeyd edək ki, 2014/2015 mövsümündən “Neftçi”də çıxış edən Rəhman Hacıyev bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.
665